13 aprel 2012 20:35
Azərreyl nəhayət ki, qələbə qazandı
Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasının final mərhələsinin növbəti turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, həlledici mərhələnin səkkizinci turunda da iki görüş baş tutub.
Günün ilk oyununda “Azərreyl” və “İqtisadçı” qarşılaşıb. Son oyunlarda uğursuzluq zolağından çıxa bilməyən “Azərreyl” nəhayət bu oyunda çətinliklə də olsa, qələbə qazana bilib.
Günün ikinci oyununda isə “Lokomotiv” “Bakı” ilə üz-üzə gəlib. Paytaxtın eyni adlı təmsilçisi darmadağına imza atıb.
Qeyd edək ki, bu turda finalın 5-ci iştirakçısı “Rabitə” istirahət edib.
Super Liqa
Final mərhələsi
8-ci tur
13 aprel
İqtisadçı – Azərreyl - 2:3 (21:25, 25:21, 17:25, 25:23, 13:15)
Lokomotiv – Bakı - 0:3 (7:25, 20:25, 18:25)
Turnir cədvəli: Rabitə - 15 xal (6 oyun, 16-5), Lokomotiv - 9 (7, 10-13), Bakı - 9 (6, 9-10), İqtisadçı - 8 (6, 11-13), Azərreyl - 7 (7, 11-16).
