12 aprel 2012 20:30
İqtisadçı Rabitəni çempionluqdan etdi
Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasının final mərhələsinin növbəti turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, həlledici mərhələnin yeddinci turunda da iki görüş baş tutub.
Günün ilk oyununda “Azərreyl” və “Lokomotiv” qarşılaşıb. Son oyunlarda uğursuzluq zolağından çıxa bilməyən “Azərreyl” “dəmiryolçular”a da uduzub.
Günün ikinci oyununda isə son ölkə çempionu “Rabitə” “İqtisadçı” ilə üz-üzə gəlib. Qeyd edək ki, bu oyunda qələbə qazanacağı halda, “rabitəçilər” çempionluqlarını bayram edəcəkdilər. Lakin onlar bunu bacarmayıblar. Daha güclü olan “iqtisadçılar” qələbəyə sevinməklə rəqibinin çempionluğunu ən azı növbəti tura qədər ertələyib.
Qeyd edək ki, bu turda finalın 5-ci iştirakçısı “Bakı” istirahət edib.
Super Liqa
Final mərhələsi
7-ci tur
12 aprel
Azərreyl – Lokomotiv - 0:3 (19:25, 24:26, 20:25)
Rabitə – İqtisadçı - 1:3 (25:27, 23:25, 25:13, 19:25)
Turnir cədvəli: Rabitə - 15 xal (6 oyun, 16-5), Lokomotiv - 9 (6, 10-10), İqtisadçı - 7 (5, 9-10), Bakı - 6 (5, 6-10), Azərreyl - 5 (6, 8-14).
