11 aprel 2012 20:55
Azərreylə Bakı şoku
Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasının final mərhələsinin növbəti turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, həlledici mərhələnin altıncı turunda da iki görüş baş tutub.
Günün ilk oyununda “Lokomotiv”lə “Rabitə” qarşılaşıb. Son ölkə çempionu “dəmiryolçular”ın müəyyən müqaviməti ilə üzləşsə də, sonda qələbə qazanmağı bacarıb və liderliyini daha da möhkəmləndirib.
Günün ikinci oyununda isə “Bakı” “Azərreyl”lə üz-üzə gəlib. Daha güclü olan paytaxtın eyni adlı klubu inamlı qələbəyə sevinib.
Qeyd edək ki, bu turda finalın 5-ci iştirakçısı “İqtisadçı” istirahət edib.
Super Liqa
Final mərhələsi
6-cı tur
11 aprel
Lokomotiv – Rabitə - 1:3 (25:20, 23:25, 14:25, 20:25)
Bakı - Azərreyl - 3:1 (15:25, 25:18, 25:23, 26:24)
Turnir cədvəli: Rabitə - 15 xal (5 oyun, 15-2), Lokomotiv - 6 (5, 7-10), Bakı - 6 (5, 6-10), Azərreyl - 5 (5, 8-11), İqtisadçı - 4 (4, 6-9).
