10 aprel 2012 16:38
Beş “azərbaycanlı” ABŞ yığmasında
Qadın voleybolçulardan ibarət ABŞ yığmasının heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, baş məşqçi Hyu Makkatçon Qran-pri turniri üçün müəyyənləşdirdiyi siyahıya Azərbaycan Super Liqasında oynayan 5 voleybolçunun da adını daxil edib.
Bunlar Hizer Baun, Ceniffer Tamas (hər ikisi “Azərreyl”), Tayiba Hanif-Park (“İqtisadçı”), Nensi Metkalf (“Lokomotiv”) və Kimberli Qlassdı (“Rabitə”).
Təcrübəli çalışdırıcı yığmaya cəmi 6 ölkədən voleybolçu dəvət edib ki, bu siyahıda Azərbaycan 2-ci yerdədi. Makkatçon İtaliya A seriyasından isə 6 oyunçunu heyətə daxil edib.
