8 aprel 2012 19:00
Rabitə ilə Azərreyl də bacarmadı
Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasının final mərhələsinin növbəti turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, həlledici mərhələnin beşinci turunda da iki görüş baş tutub.
Günün ilk oyununda “İqtisadçı” ilə “Bakı” qarşılaşıb. “İqtisadçılar” bu oyunda ilk qələbələrini bayram ediblər.
Günün ikinci oyununda isə son ölkə çempionu “Rabitə” “Azərreyl”lə üz-üzə gəlib. Daha güclü olan “rabitəçilər” əsas rəqibini yenə məğlub edib.
Qeyd edək ki, bu turda finalın 5-ci iştirakçısı “Lokomotiv” istirahət edib.
Super Liqa
Final mərhələsi
5-ci tur
8 aprel
İqtisadçı – Bakı - 3:0 (25:18, 25:23, 25:23)
Rabitə - Azərreyl - 3:1 (18:25, 25:18, 25:20, 25:17)
Turnir cədvəli: Rabitə - 12 xal (4 oyun, 12-1), Lokomotiv - 6 (4, 6-7) , Azərreyl - 5 (4, 7-8), İqtisadçı - 4 (4, 6-9), Bakı - 3 (4, 3-9).
