7 aprel 2012 20:55
Rabitə ilə Bakı da bacarmadı
Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasının final mərhələsinin növbəti turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, həlledici mərhələnin dördüncü turunda da iki görüş baş tutub.
Günün ilk oyununda son ölkə çempionu “Rabitə” və “Bakı” qarşılaşıb. Növbəti qələbəsini qazanan “rabitəçilər” liderliklərini bir qədər də möhkəmləndiriblər.
Günün ikinci oyununda “Lokomotiv”lə “İqtisadçı” qarşılaşıb. “İqtisadçılar”ın müqavimətinə rəğmən, “dəmiryolçular” bu görüşdə qələbə qazanan tərəf olublar.
Qeyd edək ki, bu turda finalın 5-ci iştirakçısı “Azərreyl” istirahət edib.
Super Liqa
Final mərhələsi
4-cü tur
7 aprel
Bakı – Rabitə - 0:3 (16:25, 20:25, 23:25)
Lokomotiv – İqtisadçı - 3:1 (25:19, 25:22, 20:25, 25:20)
Turnir cədvəli: Rabitə - 9 xal (3 oyun, 9-0), Lokomotiv - 6 (4, 6-7) , Azərreyl - 5 (3, 6-5), Bakı - 3 (3, 3-6), İqtisadçı - 1 (3, 3-9).
