5 aprel 2012 20:47
Azərreyl şokda, Rabitə zirvədə
Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasının final mərhələsinin ikinci turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, həlledici mərhələnin ikinci turunda da iki görüş baş tutub.
Günün ilk oyununda “Azərreyl” və Çelenc kubokunun qalibi “Lokomotiv” qarşılaşıb. İlk turda darmadağına imza atan “Azərreyl” bu dəfə şok məğlubiyyətlə üzləşib. Belə ki, “dəmiryolçular” ötən gün “Rabitə”dən aldıqları məğlubiyyətin acığını bu rəqibindən çıxıblar.
Günün ikinci oyununda isə son çempion “Rabitə” “İqtisadçı”nı sınağa çəkib. Bu oyunda da quru hesab qeydə alınıb. Belə ki, “rabitəçilər” rəqibini 3:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, bu turda finalın 5-ci iştirakçısı “Bakı” istirahət edib.
Super Liqa
Final mərhələsi
2-ci tur
5 aprel
Lokomotiv - Azərreyl - 3:0 (25:23, 25:21, 30:28)
İqtisadçı – Rabitə - 0:3 (16:25, 19:25, 15:25)
Turnir cədvəli: Rabitə - 6 xal (2 oyun, 6-0), Azərreyl - 3 (2, 3-3), Lokomotiv - 3 (2, 3-3), Bakı - 0 (1, 0-3), İqtisadçı - 0 (1, 0-3).
