5 aprel 2012 19:16
CEV Kubokunun qalibi müəyyənləşdi
Qadın voleybolçular arasında Avropa Voleybol Konfederasiyası (CEV) Kuboku yarışlarının qalibi müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu yarışda İtaliyanın “Yamamay” komandası kuboku qazanıb.
İtaliyalı voleybolçular Türkiyənin “Galatasaray” komandasına səfərdə 3:1 hesabı ilə uduzsalar da, evdə bunun əvəzini çıxıblar – 3:1 (25:19, 26:13, 23:25, 25:23). “Yamamay” komandası “Qızıl set”də də “Qalatasaray”a 15:9 hesabı ilə qalib gələrək CEV Kubokunu qazanıb.
Qeyd edək ki, bu yarışda mübarizə aparan Bakının “İqtisadçı” klubunu məhz “Yamamay” 1/8 final mərhələsində mübarizədən kənarlaşdırmışdı.
