1 aprel 2012 12:36
Zoran Qayiç Rabitə ilə yollarını ayırır
Azərbaycanın qadın voleybolçulardan ibarət “Rabitə” klubu baş məşqçisiz qala bilər. Azerisport.az xəbər verir ki, Azərbaycan çempionunun serbiyalı çalışdırıcısı Zoran Qayiç komandamızla yollarını ayırmağa hazırlaşır.
Buna onun daha sərfəli təklif alması səbəb göstərilir. Belə ki, Qayiçin mövsümün sonunda “Rabitə”ni Türkiyənin “Eczaçıbaşı” klubuna dəyişəcəyi gözlənilir.
Xatırladaq ki, Qayiç “Rabitə” ilə ötən il klublararası dünya çempionatının qalibi olub, Çempionlar Liqasının finalına çıxıb.
Xatırladaq ki, Qayiç “Rabitə” ilə ötən il klublararası dünya çempionatının qalibi olub, Çempionlar Liqasının finalına çıxıb.
