29 mart 2012 13:32
Azərreyldə Faiq Qarayev dövrü başa çatdı
Təcrübəli azərbaycanlı mütəxəssis Faiq Qarayev “Azərreyl”in baş məşqçisi postundan uzaqlaşdırılır. Azerisport.az xəbər verir ki, klub rəhbərliyi onu tanınmış italiyalı mütəxəssislə əvəzlməyə hazırlaşır.
Bu marədə məlumatı Polşa mətbuatı yayıb. Məlumatda bildirilir ki, Qarayevin boşaltdığı postu bundan sonra Alessandro Kyappini tutacaq. Onun tezliklə Bakıya gələcəyi Bakı klubu ilə müqavilə imzalayacağı bildirilir. Qeyd edək ki, Kyappini Çempionlar Liqasının 1/8 final mərhələsində “Rabitə”nin mübarizədən kənarlaşdırdığı Polşanın “Atom” klubunu çalışdırırdı. Lakin sözügedən klubun hazırda ciddi maliyyə böhranı keçirməsi italiyalı mütəxəssisin bakılıların təklifini müsbət cavablandırmasına səbəb olub.
Kyappini karyerası ərzində Türkiyə və Peru yığmalarını, eləcə də “Bergamo”, “Peruca”, “Kalabriya”, “Marşiano”, “Novara” kimi klubları da çalışdırıb.
