28 mart 2012 21:22

Azərbaycan finalında ilk qələbəni Lokomotiv qazandı (YENİLƏNİB)

Qadın voleybolçular arasında Çellenc kubokunun finalında ilk oyun keçirilib. Azerisport.az xəbər verir ki, həlledici görüşdə iki Azərbaycan klubu - “Bakı” və “Lokomotiv” üz-üzə gəlib.
 
Qeyd edək ki, istənilən halda kubok Azərbaycanda qalacaq. Matcda hər 2 komandanın qalib gəlmək şansı var. Düzdü, “Bakı” bu mövsüm “dəmiryolçular”dan daha güclü olub. Onlar Super Liqanın təsnifat mərhələsinin hər 2 matçında “Lokomotiv”i üstələmişdilər (3:0, 3:1). Lakin avrokubokun debütantı olan “Bakı” ilə “dəmiryolçular”ın çempionluq şansı bərabər qiymətləndirilir. Çünki Draqutin Baltiçin komandasının beynəlxalq oyun təcrübəsi yüksəkdi. Bu azmış kimi, klub son zamanlar heyətini daha gücləndirib.
 
Elə bu görüşdə də sözügedən məqam öz sözünü dedi. Nəticədə, "dəmiryolçular" çətinliklə də olsa, qələbə qazanmağı bacardılar. Amma təbii ki, hər şeyə növbəti final matçında aydınlıq gələcək.
 
Maraq üçün xatırladaq ki, bu turnirdə ötən il də iki Azərbaycan klubu finala vəsiqə qazanmışdı. O zaman da finalçılardan biri məhz “Lokomotiv” idi. Amma bu klubumuzla dueldən daha güclü çıxan “Azərreyl” turnirin baş mükafatına sahiblənmişdi.
 
Çellenc kuboku
Final (ilk oyun)
28 mart
 
Bakı – Lokomotiv - 2:3 (23:25, 23:25, 25:17, 25:15, 13:15)
Hakimlər: Kari Partiaymen (Finlandiya), Deniz Demir (Türkiyə)
Heydər Əliyev adına İdman-Konsert Kompleksi.

Похожие новости

Voleybol 28 noyabr

İtaliyalı məşqçi yığmamızdan imtina etdi

Avropa Çempionatına hazırlaşan qadın voleybolçularından ibarət olan milli komandamız baş məşqçi postuna italyan Marsello Abbondanzaya təklif göndərib.
Voleybol 18 noyabr

Voleybol üzrə AÇ-nin Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradıldı

Prezident İlham Əliyev voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinin 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.
Voleybol 12 oktyabr

Cavid Qurbanov Voleybol Federasiyasının yeni prezidenti seçildi

Bu gün Milli Olimpiya Komitəsində Voleybol federasiyasına yeni prezidentin seçilməsi ilə bağlı iclas keçirilib.
Voleybol 19 sentyabr

Azərreylin yeni baş məşqçisi müəyyənləşdi

"Azərreyl"i yenidən yerli mütəxəssis çalışdıracaq.
Voleybol 07 sentyabr

Millimiz Boris Yeltsinin xatirə turnirindən imtina etdi

Qadınlardan ibarət voleybol yığmamız böyük ehtimalla Yekaterinburqda keçiriləcək Boris Yeltsinin xatirə turnirinə qatılmayacaq
Voleybol 29 avqust

Azərbaycan çempionatı sual altında

Voleybol üzrə ölkə çempionatının 2016/17 mövsümündə neçə klubun iştirak edəcəyi hələ də bilinmir.
Voleybol 03 iyul

Azərbaycan millisi Avropa Liqasının qalibi oldu

Bu gün Bakı İdman Sarayında qadın voleybolçular arasında Avroliqanın cavab final görüşü keçirilib.
Voleybol 01 iyul

“Azərbaycan yığmasının uzun müddət belə konsentrasiyalı oynadığını görməmişdim"

Yığmamıza Nitrada 1:3 uduzan Slovakiyanın baş məşqçisi Marek Royko oyundan sonra fikirlərini açıqlayıb.
Voleybol 01 iyul

Polina Rəhimov millimizin ən məhsuldar oyunçusu oldu

Polina Rəhimova yığmamızın Slovakiya üzərində qazandığı 3:1 hesablı qələbənin ən məhsuldar oyunçusu olub