27 mart 2012 01:28
Azərbaycan yığmasının üzvü A Seriyası ilə vidalaşdı
Voleybol üzrə Azərbaycan yığmasının blokçusu Kseniya Kovalenko İtaliya A Seriyasındakı çıxışını başa vurub. Azerisport.az xəbər verir ki, Kovalenkonun komandası üçün mövsüm başa çatıb.
Çünki millimizin üzvünün çıxış etdiyi “Kariparma” pley-offa vəsiqə qazana bilməyib. Sözügedən komanda mövsümü 9-cu pillədə bitirib.
Kovalenko isə mövsüm başa çatan kimi “Kariparma” ilə yollarını ayırıb. Belə ki, müqaviləsinin müddəti başa çatdığından, millimizin üzvü bu komandadan getməli olub. Hələlik Kovalenkonun karyerasını hansı klubda davam etdirəcəyi bəlli deyil.
