24 mart 2012 21:40
Fenerbahçe və Kann finala çıxdı (YENİLƏNİB)
Bu gün voleybolçu qadınlardan ibarət klublar arasında Çempionlar Liqasının dördlər finalına start verilib. Azerisport.az xəbər verir ki, Azərbaycanın ev sahibliyi etdiyi turnirdə qalib adı uğrunda “Kann” (Fransa), “Villa Korteze” (İtaliya), “Fenerbahçe” (Türkiyə) və “Dinamo” (Kazan, Rusiya) klubları mübarizə aparırdı.
Heydər Əliyev adına İdman-Konsert Kompleksində təşkil olunan yarışın ilk görüşü “Kann” və “Villa Korteze” arasında keçirilib. Fransızlar daha inamlı oyun sərgiləyərək, finala yüksəliblər.
Fransa və İtaliya klublarının qarşılaşması başa çatdıqdan sonra isə meydançaya Rusiya və Türkiyə təmsilçiləri çıxıblar. Bu görüşdə də "Fenerbahçe" qələbə qazanaraq, adını finala yazdırıb.
Voleybol
Çempionlar Liqası
Yarımfinal
Kann - Villa Korteze - 3:1 (25:17, 26:24,27:29, 25:15)
Dinamo - Fenerbahçe - 1:3 (25:17, 23:25, 17:25, 18:25)
