24 mart 2012 01:18
Azərbaycanın ev sahibi olduğu dördlər finalı başlayır
Bu gün voleybolçu qadınlardan ibarət klublar arasında Çempionlar Liqasının dördlər finalına start veriləcək. Azerisport.az xəbər verir ki, Azərbaycanın ev sahibliyi etdiyi turnirdə qalib adı uğrunda Fransa, İtaliya, Türkiyə və Rusiya klubları mübarizə aparır.
Bir sözlə klublarımızdan heç birinin son dördlüyə qala bilmədiyi turniri qazanmağa “Kann”, “Villa Korteze”, “Fenerbahçe” və “Dinamo” (Kazan) iddialıdı. Heydər Əliyev adına İdman-Konsert Kompleksində təşkil olunacaq yarışın ilk görüşü “Kann” və “Villa Korteze” arasında keçiriləcək. Görüş 16:30-da başlayacaq. Fransa və İtaliya klublarının qarşılaşması başa çatdıqdan sonra isə meydançaya Rusiya və Türkiyə təmsilçiləri çıxacaqlar. “Dinamo” – “Fenerbahçe” oyunu isə 19:30-da start götürəcək.
