23 mart 2012 20:35
Lokomotiv də Rabitə ilə bacarmadı
Voleybolçu qadınlardan ibarət klublar arasında Azərbaycan çempionatının dördüncü turundan təxirə salınan bir oyun keçirilib. Azerisport.az xəbər verir ki, günün yeganə matçında “Rabitə” “Lokomotiv” ilə qarşılaşıb.
Prinsipial qarşılaşmada favorit şübhəsiz ki, son ölkə çempionu idi. Hazırda da lider olan “rabitəçilər” rəqibin müəyyən müqaviməti ilə üzləşsələr də, sonda qələbə qazanmağı bacarıblar.
Voleybol
Azərbaycan çempionatı
4-cü turun oyunu
23 mart
Rabitə - Lokomotiv - 3:1 (29:31, 25:11, 25:20, 25:13)
Turnir cədvəli: Rabitə - 24 xal (12 xal, 36-3), Azərreyl - 21 (12, 29-16), Bakı - 19 (11, 26-18), Lokomotiv - 18 (12, 24:20), İqtisadçı - 18 (12, 19-22), Azəryolservis - 14 (12, 13-31), Lokomotiv-Biləcəri - 12 (12, 1-36).
