22 mart 2012 00:03
Rabitə ilə Azərreyl də bacarmadı
Voleybolçu qadınlardan ibarət klublar arasında Azərbaycan çempionatında 14-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, “Bakı”nın istirahət etdiyi hesabat turunda üç görüş baş tutub.
Günün ilk oyununda “İqtisadçı” “Lokomotiv-Biləcəri” ilə üz-üzə gəlib. Debütantla qarşılaşmada “iqtisadçılar” asan qələbəyə seviniblər.
“Lokomotiv” də digər debütant “Azəryolservis” ilə qarşılaşıb. “Dəmiryolçular” çətinliklə də olsa, növbəti qələbələrini rəsmiləşdiriblər.
Günün son və mərkəzi matçında isə “Azərreyl” və “Rabitə” görüşüb. Son ölkə çempionu əsas rəqiblərindən biri üzərində inamlı qələbə qazanmaqla liderliyini daha da möhkəmləndirib.
Voleybol
Azərbaycan çempionatı
14-cü tur
21 mart
İqtisadçı – Lokomotiv-Biləcəri - 3:0 (25:19, 25:19, 25:15)
Lokomotiv – Azəryolservis - 3:2 (16:25, 20:25, 25:17, 26:24, 15:5)
Azərreyl - Rabitə - 0:3 (21:25, 14:25, 23:25)
Turnir cədvəli: Rabitə - 22 xal (11 oyun, 33-2), Azərreyl - 21 (12, 29-16), Bakı - 19 (11, 26-18), İqtisadçı - 18 (12, 19-22), Lokomotiv - 17 (11, 23-17), Azəryolservis - 14 (12, 13-31), Lokomotiv-Biləcəri - 12 (12, 1-36)
