19 mart 2012 14:49
Çempionlar Liqasının qalibi müəyyənləşdi
Kişi voleybolçular arasında Çempionlar Liqasının qalibi müəyyənləşib. Azerisport.az xəbər verir ki, finalda Polşanın “Belçatov” klubu ilə Rusiyanın “Zenit” komandası qarşılaşıb.
Həlledici oyunda rəqibini məğlub edən Rusiya təmsilçisi Avropanın ən güclüsü adını qazanıb.
Onlar rəqiblərini tay-brekdə məğlub ediblər – 3:2. Üçüncü yer uğrunda mübarizədə isə “Trentino” (İtaliya) “Arkas Spor”a 3:0 hesabı ilə qalib gəlib.
