18 mart 2012 21:23

Bakı da finala çıxdı (YENİLƏNİB)

Azərbaycanın qadın voleybolçulardan ibarət “Bakı” klubu bu gün Çellenc kubokunda yarımfinal mərhələsinin cavab oyununa çıxıb. Azerisport.az xəbər verir ki, təmsilçimiz bu mərhələdə Almaniyanın “Zulh” komandası ilə mübarizə aparırdı.
 
Bu komandalar arasındakı ilk qarşılaşma rəqib meydanında keçirilmişdi. Təmsilçimiz həmin oyundan qalib ayrılmaqla finala çıxmaq yolunda önəmli addım atmışdı. Bu uğurun davamını doğma meydanda da gətirməklə, həlledici oyuna vəsiqəni rəsmiləşdirmək lazım idi. Komandamız bu vəzifənin öhdəsindən layiqincə gəlib və finala adlayıb.
 
Xatırladaq  ki, “Bakı” bu mövsüm öncə Fransanın “Evre” klubu üzərində qazandığı zəfər sayəsində növbəti mərhələyə yüksəlmişdi. Ardından isə Kipr “Apollon”u və Xorvatiyanın “Rijeka” komandası “Bakı”nın qarşısında duruş gətirə bilməmişdi. 1/4 final mərhələsində də Rusiyanın “Omiçka” komandası bakılılarla bacarmamışdı.
 
Onu da əlavə edək ki, digər yarımfinal cütündə də Azərbaycan klubu (Lokomotiv) finala çıxmaq üçün mübarizə aparırdı və buna nail olub. Beləliklə, turnirin finalında iki Azərbaycan klubu mübarizə aparacaq.
 
Çellenc kuboku
1/2 final (cavab oyunu)
18 mart

Bakı - Zulh - 3:0 (25:12, 25:22, 25:17) 
 
İlk oyun
Zulh – Bakı - 0:3 (24:26, 19:25, 17:25)

Похожие новости

Voleybol 28 noyabr

İtaliyalı məşqçi yığmamızdan imtina etdi

Avropa Çempionatına hazırlaşan qadın voleybolçularından ibarət olan milli komandamız baş məşqçi postuna italyan Marsello Abbondanzaya təklif göndərib.
Voleybol 18 noyabr

Voleybol üzrə AÇ-nin Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradıldı

Prezident İlham Əliyev voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinin 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.
Voleybol 12 oktyabr

Cavid Qurbanov Voleybol Federasiyasının yeni prezidenti seçildi

Bu gün Milli Olimpiya Komitəsində Voleybol federasiyasına yeni prezidentin seçilməsi ilə bağlı iclas keçirilib.
Voleybol 19 sentyabr

Azərreylin yeni baş məşqçisi müəyyənləşdi

"Azərreyl"i yenidən yerli mütəxəssis çalışdıracaq.
Voleybol 07 sentyabr

Millimiz Boris Yeltsinin xatirə turnirindən imtina etdi

Qadınlardan ibarət voleybol yığmamız böyük ehtimalla Yekaterinburqda keçiriləcək Boris Yeltsinin xatirə turnirinə qatılmayacaq
Voleybol 29 avqust

Azərbaycan çempionatı sual altında

Voleybol üzrə ölkə çempionatının 2016/17 mövsümündə neçə klubun iştirak edəcəyi hələ də bilinmir.
Voleybol 03 iyul

Azərbaycan millisi Avropa Liqasının qalibi oldu

Bu gün Bakı İdman Sarayında qadın voleybolçular arasında Avroliqanın cavab final görüşü keçirilib.
Voleybol 01 iyul

“Azərbaycan yığmasının uzun müddət belə konsentrasiyalı oynadığını görməmişdim"

Yığmamıza Nitrada 1:3 uduzan Slovakiyanın baş məşqçisi Marek Royko oyundan sonra fikirlərini açıqlayıb.
Voleybol 01 iyul

Polina Rəhimov millimizin ən məhsuldar oyunçusu oldu

Polina Rəhimova yığmamızın Slovakiya üzərində qazandığı 3:1 hesablı qələbənin ən məhsuldar oyunçusu olub