14 mart 2012 20:25
Azərreylə İqtisadçı şoku
Voleybolçu qadınlardan ibarət klublar arasında Azərbaycan çempionatının dördüncü turundan təxirə salınan bir oyun keçirilib. Azerisport.az xəbər verir ki, günün yeganə matçında “Azərreyl” “İqtisadçı” ilə qarşılaşıb.
Prinsipial qarşılaşmada bəlkə də çoxları “Azərreyl”in qalib gələcəyini düşünürdü. Lakin “dəmiryolçilar” bu görüşdə əla oyun sərgiləyərək, rəqibini sürpriz şəkildə darmadağın edib - 3:0.
Bu məğlubiyyət nəticəsində “Azərreyl” turnir cədvəlində ilk pilləni ələ keçirmək şansını boşa verib.
Voleybol
Azərbaycan çempionatı
4-cü turun oyunu
14 mart
Azərreyl - İqtisadçı - 0:3 (23:25, 15:25, 15:25)
Turnir cədvəli: Rabitə - 20 xal (10 oyun, 30-2), Azərreyl - 20 (11, 29-13), Bakı - 19 (11, 26-18), İqtisadçı - 16 (11, 16-22), Lokomotiv - 15 (10, 20-15), Azəryolservis - 13 (11, 11-28), Lokomotiv-Biləcəri - 11 (11, 1-33).
