15 mart 2012 00:00
Bakı Almaniya klubu üzərində darmadağına imza atdı (YENİLƏNİB)
Azərbaycanın qadın voleybolçulardan ibarət “Bakı” klubu Çellenc kubokunda yarımfinal mərhələsinin ilk oyununa çıxıb. Azerisport.az xəbər verir ki, təmsilçimiz bu mərhələdə Almaniyanın
“Zulh” komandası ilə mübarizə aparır.
Bu komandalar arasındakı ilk qarşılaşma rəqib meydanında keçirilirdi. Odu ki, təmsilçimiz adını finala yazdırmaq üçün öncə bu səfər matçında sərfəli nəticə qazanmağa borcluydu. "Bakı" bu vəzifənin öhdəsindən gəlməyi bacarıb. Özü də darmadağınla. Məhz bu qələbədən sonra "Bakı"nın bu turnirin finalına çıxacağı demək olar ki, şübhə doğurmur.
Xatırladaq ki, “Bakı” bu mövsüm öncə Fransanın “Evre” klubu üzərində qazandığı zəfər sayəsində növbəti mərhələyə yüksəlmişdi. Ardından isə Kipr “Apollon”u və Xorvatiyanın “Rijeka” komandası “Bakı”nın qarşısında duruş gətirə bilməmişdi. 1/4 final mərhələsində də Rusiyanın “Omiçka” komandası bakılılarla bacarmamışdı.
Çellenc kuboku
1/2 final (ilk oyun)
14 mart
Zulh – Bakı - 0:3 (24:26, 19:25, 17:25)
