10 mart 2012 17:30
Öncə Lokomotiv, sonra Bakı
Voleybolçu qadınlardan ibarət Azərbaycanın “Lokomotiv” və “Bakı” klublarının Çellenc kuboku çərçivəsindəki cavab oyunlarının başlama saatı və keçirilmə yeri müəyyənləşib. Azerisport.az xəbər verir ki, hər iki komandamız ev oyununu Bakı İdman Sarayında keçirəcək.
Qarşılaşmalar martın 18-də baş tutacaq. Sarayın meydanına öncə “dəmiryolçular” çıxacaqlar. “Lokomotiv”in oyunu saat 17:30-da start götürəcək. “Bakı”nın oyunu isə 20:00-da başlayacaq.
Qeyd edək ki, “Lokomotiv” Çellenc kubokunun yarımfinalında Belçikanın “Gent”, “Bakı” isə Almaniyanın “Zulh” klubu ilə qarşılaşacaq. Hər iki komandamızın bu rəqibləriylə səfər oyunu martın 14-də keçiriləcək.
