7 mart 2012 22:20
Rabitə Bakını yenib, lider oldu
Voleybolçu qadınlardan ibarət klublar arasında Azərbaycan çempionatında 12-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, “İqtisadçı”nın istirahət etdiyi hesabat turunda üç görüş baş tutub.
Günün ilk oyununda “Lokomotiv-Biləcəri” “Azəryolservis” ilə üz-üzə gəlib. Debütantların görüşündə qələbə “Azəryolservis”ə qismət olub.
Daha sonra “Rabitə” ilə “Bakı” qarşılaşıb. Son ölkə çempionu turun mərkəzi oyununda əsas rəqibini məğlub edərək, zirvəni ələ keçirib.
Günün son matçında isə “Azərreyl”lə “Lokomotiv” görüşüb. Gərgin qarşılaşmanın sonunda qələbəyə sevinən tərəf “Azərreyl” olub.
Voleybol
Azərbaycan çempionatı
12-ci tur
7 mart
Lokomotiv-Biləcəri – Azəryolservis - 1:3 (25:22, 19:25, 14:25, 25:27)
Rabitə – Bakı - 3:1 (19:25, 25:14, 25:19, 25:23)
Azərreyl – Lokomotiv - 3:2 (22:25, 25:15, 19:25, 25:18, 15:13)
Turnir cədvəli: Rabitə - 18 xal (9 oyun, 27-2), Bakı - 18 (11, 25-15), Azərreyl - 17 (9, 26-9), Lokomotiv - 13 (9, 17-15), İqtisadçı - 13 (9, 13-19), Azəryolservis - 12 (10, 11-25), Lokomotiv-Biləcəri - 11 (11, 1-33)
