5 mart 2012 01:36
Üç qarşılaşma, üç darmadağın
Voleybolçu qadınlardan ibarət klublar arasında Azərbaycan çempionatında 11-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, “Azəryolservis”in istirahət etdiyi hesabat turunda üç görüş baş tutub.
Günün ilk oyununda “Bakı” “Lokomotiv-Biləcəri” ilə üz-üzə gəlib. Lider debütant rəqibi üzərində asan qələbəyə sevinib.
Daha sonra “Lokomotiv”lə “Rabitə” qarşılaşıb. Son ölkə çempionu bu oyunda da asan qələbəyə sevinib.
Günün son matçında isə “İqtisadçı” “Azərreyl”lə görüşüb. Nominal qonaqlar bu oyunda darmadağınla qələbə qazanıb.
Voleybol
Azərbaycan çempionatı
11-ci tur
4 mart
Bakı - Lokomotiv-Biləcəri - 3:0 (25:19, 25:18, 25:19)
Lokomotiv - Rabitə - 0:3 (19:25, 20:25, 16:25)
İqtisadçı – Azərreyl - 0:3 (16:25, 18:25, 24:26)
Turnir cədvəli: Bakı - 17 xal (10 oyun, 24-12), Rabitə - 16 (8, 24-1), Azərreyl - 15 (8, 23-7), İqtisadçı - 13 (9, 13-19), Lokomotiv - 12 (8, 15-12), Azəryolservis - 10 (9, 8-24), Lokomotiv-Biləcəri - 10 (10, 0-30).
