3 mart 2012 00:01
Bakıda keçiriləcək Dördlər finalının iştirakçıları bəllidi
Qadın voleybolçular arasında Çempionlar Liqası yarışlarının Bakıda keçiriləcək “Dördlər finalı”nın iştirakçıları müəyyənləşib. Azerisport.az xəbər verir ki, martın 23-26-da Heydər Əliyev adına İdman-Konsert Kompleksində təşkil olunacaq yarışda “Dinamo” (Rusiya, Kazan) “Fenerbahçe” (Türkiyə) ilə, “Kann” (Fransa) isə “Villa Kortese” (İtaliya) ilə qarşılaşacaq.
Xatırladaq ki, turnirdə mübarizə aparan komandalarımız – “Azərreyl” və “Rabitə” 1/4 final mərhələsində müvafiq olaraq “Dinamo” və “Fenerbahçe”yə məğlub olaraq yarışda iştiraklarını dayandırdılar.
