3 mart 2012 15:58
Bakı voleybolçularını təbrik etdi
Qadınlardan ibarət “Bakı” voleybol komandasının Çelenc Kubokunun yarımfinalına vəsiqə qazanması klub rəhbərliyinin diqqətindən kənarda qalmayıb. Azerisport.az xəbər verir ki, “Bakı” idman klubunun rəhbərliyi xanım voleybolçuları təbrik edib.
Belə ki, bu gün klubun bazasında keçirilən “Bakı” – “İnter” oyunun fasiləsində voleybolçu xanımlar meydançanın mərkəzinə dəvət olunub. Klubun icraçı direktoru Yaşar Seyidov, Media və Marketinq Departamentinin rəhbəri Nəriman Mehdiyev və aşağı yaş qrupları üzrə komandaların üzvləri xanımlara gül dəstələri, həmçinin klubun atributlarını təqdim edib.
