1 mart 2012 02:43
Lokomotivə Belçika klubu rəqib oldu
Azərbaycanın “Lokomotiv” voleybol klubunun Çelenc Kubokunun yarımfinal mərhələsindəki rəqibi müəyyənləşib. Azerisport.az xəbər verir ki, komandamız finala gedən yolda Belçika təmçilçisi ilə qarşılaşacaq.
Belə ki, “Bakı”nın rəqibi “Gent” olacaq. Bu komanda 1/4 finalda Polşanın “Impel Gwardia” klubunu mübarizədən kənarlaşdırıb.
1/2 finalın ilk oyunları martın 13-14-də, cavab görüşləri 17-18-də keçiriləcək. Komandamız ilk oyunu səfərdə keçirəcək ki, cütün taleyinə də məhz Bakıdakı cavab görüşündə aydınlıq gələcək.
