1 mart 2012 02:09
Bakının yarımfinalda rəqibi müəyyənləşdi
“Bakı” voleybol klubunun Çelenc Kubokunun yarımfinal mərhələsindəki rəqibi müəyyənləşib. Azerisport.az xəbər verir ki, komandamız finala gedən yolda Almaniya təmçilçisi ilə qarşılaşacaq.
Belə ki, “Bakı”nın rəqibi “Zulh” olacaq. Bu komanda 1/4 finalda Türkiyənin “İllər Bankası” klubunu mübarizədən kənarlaşdırıb.
1/2 finalın ilk oyunları martın 13-14-də, cavab görüşləri 17-18-də keçiriləcək. Komandamız ilk oyunu səfərdə keçirəcək ki, cütün taleyinə də məhz Bakıdakı cavab görüşündə aydınlıq gələcək.
