28 fevral 2012 22:10
Bakı Rusiya klubunu yenib, yarımfinala çıxdı (YENİLƏNİB)
Azərbaycanın qadın voleybolçulardan ibarət “Bakı” klubu bu gün Çellenc kubokunda 1/4 final mərhələsinin cavab oyununa çıxıb. Azerisport.az xəbər verir ki, təmsilçimiz bu mərhələdə Rusiyanın “Omiçka” komandası ilə mübarizə aparırdı.
Bu komandalar arasındakı ilk qarşılaşma rəqib meydanında keçirilmişdi. Təmsilçimiz həmin göüşdə 2:3 hesabıyla məğlub olmuşdu. “Bakı” növbəti mərhələyə vəsiqə qazanmaq üçün cavab matçında mütləq qələbə qazanmalıydı.
Gözlənildiyi kimi, təmsilçimiz bu vəzifənin öhdəsindən gələ bilib. Üç ardıcıl setdə qələbə qazanan voleybolçularımız rəqibini qızıl setdə də yenərək, yarımfinala yüksəlib.
Xatırladaq ki, “Bakı” bu mövsüm öncə Fransanın “Evre” klubu üzərində qazandığı zəfər sayəsində növbəti mərhələyə yüksəlmişdi. Ardından isə Kipr “Apollon”u və Xorvatiyanın “Rijeka” komandası “Bakı”nın qarşısında duruş gətirə bilməmişdi.
Çellenc kuboku
1/4 final (cavab oyunu)
28 fevral
Bakı - Omiçka - 3:0 (25:22, 25:19, 25:21) (Qızıl set 15:11)
