23 fevral 2012 12:08
Fenerbahçenin oyunçuları Bakıda təhqir edildilər (VİDEO)
Voleybol üzrə Çempionlar Liqasının “Rabitə” və “Fenerbahçe” arasında keçirilmiş 1/4 final oyunundan sonra İstanbul klubunun oyunçuları yerli azarkeşlər tərəfindən təhqirə məruz qalıb. Azerisport.az xəbər verir ki, qonaq komanda tərəfə kağız və bir cüt plastik şüşə qab atılıb.
“Rabitə”nin oyunçuları və əməkdaşlarına “Fenerbahçe” oyunçularının keşiyində dayanmaq lazım gəlib. Onlar azarkeşlərə bunu dayandırmaq xahişi ilə müraciət etsələr də bu, hamı tərəfindən anlaşıqla qarşılanmayıb.
Bu münasibətlə “Fenerbahçe” Avropa voleybol konfederasiyasına şikayətə hazırlaşır. Xatırladaq ki, oyun qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
