22 fevral 2012 23:38
Lokomotiv də tay-brekdə məğlub oldu (YENİLƏNİB)
Azərbaycanın qadın voleybolçulardan ibarət “Lokomotiv” klubu bu gün Çellenc kubokunda 1/4 final mərhələsinin ilk oyununa çıxıb. Azerisport.az xəbər verir ki, təmsilçimiz bu mərhələdə Çexiyanın “Kralovo Pole” klubu ilə mübarizə aparır.
Bu komandalar arasındakı ilk qarşılaşma rəqib meydanında keçirilib. Odu ki, təmsilçimiz cavab matçı öncəsi vətənə sərfəli nəticə ilə dönməyə borcluudu. Lakin təəssüf ki, komandamız vətənə yenilgiylə qayıtmalı olub.
Qeyd edək ki, “Lokomotiv” bu mövsüm öncə Macarıstan “Vaşaş”ı üzərində qazandığı zəfər sayəsində mərhələ adlaamışdı. Ardından isə Xorvatiya “Split”i və Serbiyanın “Vizura” klubu “dəmiryolçular”ın qarşısında duruş gətirə bilməmişdi.
Çellenc kuboku
1/4 final (ilk oyun)
22 fevral
Kralovo Pole – Lokomotiv - 3:2 (30:28, 16:25, 25:20, 20:25, 15:12)
