22 fevral 2012 17:49
Bakı Rusiya klubuna tay-brekdə məğlub oldu (YENİLƏNİB)
Azərbaycanın qadın voleybolçulardan ibarət “Bakı” klubu bu gün Çellenc kubokunda 1/4 final mərhələsinin ilk oyununa çıxıb. Azerisport.az xəbər verir ki, təmsilçimiz bu mərhələdə Rusiyanın “Omiçka” komandası ilə mübarizə aparır.
Bu komandalar arasındakı ilk qarşılaşma rəqib meydanında keçirilib. Təmsilçimiz cavab matçı öncəsi vətənə sərfəli nəticə ilə dönməyə çalışsa da, qələbə qazana bilməyib. Lakin hər halda "Bakı" rəqibinə yalnız tay-brekdə məğlub olub.
Xatırladaq ki, “Bakı” bu mövsüm öncə Fransanın “Evre” klubu üzərində qazandığı zəfər sayəsində növbəti mərhələyə yüksəlmişdi. Ardından isə Kipr “Apollon”u və Xorvatiyanın “Rijeka” komandası “Bakı”nın qarşısında duruş gətirə bilməmişdi.
Çellenc kuboku
1/4 final (ilk oyun)
22 fevral
Omiçka – Bakı - 3:2 (25:20, 25:27, 27:29, 25:22, 15:11)
