22 fevral 2012 21:55
Azərreyl Kazandan məğlub dönür (YENİLƏNİB)
Azərbaycanın qadın voleybolçulardan ibarət “Azərreyl” klubu bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyununa çıxıb. Azerisport.az xəbər verir ki, təmsilçimiz bu mərhələdə Rusiyanın “Dinamo” (Kazan) komandası ilə mübarizə aparır.
Bu komandalar arasındakı ilk qarşılaşma rəqib meydanında keçirilib. Komandamız cavab görüşü öncəsi səfərdən sərfəli nəticə ilə dönməyə borcluydu. Lakin təəssüf ki, oyuna yaxşı başlayan Faiq Qarayevin yetirmələri sonrakı setləri uduzaraq, yekun nəticədə məğlub olublar.
Qeyd edək ki, “Azərreyl” ÇL-in qrup mərhələsində Türkiyənin “Vakıfbank”, İtaliyanın “Bergamo” və Rumıniyanın “Constanta” klublarıyla mübarizə aparırdı. Komandamız pley-offa qrup ikincisi kimi vəsiqə qazanmışdı. 1/8 final mərhələsində isə “Azərreyl” İsveçrənin “Volero” komandasını mübarizədən kənarlaşdırdı.
Çempionlar Liqası
1/4 final (ilkoyun)
22 fevral
Dinamo (Kazan) - Azərreyl - 3:1 (22:25, 25:23, 25:22, 25:21)
