17 fevral 2012 21:55
Bakı yenidən zirvəni ələ keçirdi
Voleybolçu qadınlardan ibarət klublar arasında Azərbaycan çempionatında 10-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, hesabat turunda üç görüş baş tutub.
Günün ilk oyununda “Rabitə” “İqtisadçı” ilə üz-üzə gəlib. Son ölkə çempionu rəqibi üzərində asan qələbəyə sevinib.
Daha sonra “Bakı” “Azəryolservis”lə qarşılaşıb. Kifayət qədər gərgin keçən bu görüşdə paytaxtın eyni adlı təmsilçisi rəqibini çətinliklə də olsa, məğlub edərək, zirvəyə yüksəlib.
Günün son matçında isə “Lokomotiv-Biləcəri” “Lokomotiv” ilə görüşüb. “Dəmiryolçular”ın duelindən sonuncular qalib ayrılıb.
Voleybol
Azərbaycan çempionatı
10-cu tur
17 fevral
Rabitə - İqtisadçı - 3:0 (25:15, 25:23, 25:23)
Azəryolservis - Bakı - 2:3 (25:23, 16:25, 25:16, 15:25, 9:15)
Lokomotiv-Biləcəri - Lokomotiv - 0:3 (17:25, 14:25, 21:25, 22:25)
Turnir cədvəli: Bakı - 15 xal (9 oyun, 21-12), Rabitə - 14 (7, 21-1), Azərreyl - 13 (7, 20-7), İqtisadçı - 12 (8, 13-16), Lokomotiv - 11 (7, 15-9), Azəryolservis - 10 (9, 8-24), Lokomotiv-Biləcəri - 9 (9, 0-27).
