15 fevral 2012 00:53
Azərreylin Dinamonu qəbul edəcəyi tarix bəlli oldu
Qadın voleybolçular arasında Avropa Çempionlar Liqasının 1/4 final mərhələsində Rusiyanın “Dinamo” klubu ilə görüşəcək “Azərreyl”in bu komandayla cavab oyununun vaxtı müəyyənləşib. Azerisport.az xəbər verir ki, təmsilçimizin Kazan klubu ilə cavab görüşü fevralın 28-də Bakıda keçiriləcək.
Xatırladaq ki, bu komandalar arasındakı ilk oyun Tatarıstan paytaxtında baş tutacaq. Həmin görüş fevralın 22-də keçiriləcək.
