14 fevral 2012 21:33
İqtisadçı Bakını yenib, Azərreyli lider etdi
Voleybolçu qadınlardan ibarət klublar arasında Azərbaycan çempionatında 9-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, hesabat turunda üç görüş baş tutub.
Günün ilk oyununda “Rabitə” “Lokomotiv-Biləcəri” ilə üz-üzə gəlib. Son ölkə çempionu çempionatımızın debütantı üzərində asan qələbəyə sevinib.
Daha sonra “Azərreyl” “Azəryolservis”lə qarşılaşıb. Bu görüşdə də “Azərreyl” rəqibini darmadağın edib.
Günün son matçında isə “İqtisadçı” “Bakı” ilə görüşüb. Turun mərkəzi matçı çox gərgin və maraqlı alınıb. Prinsipial görüşdə qələbə “iqtisadçılar”a qismət olub.
Voleybol
Azərbaycan çempionatı
9-cu tur
14 fevral
Rabitə – Lokomotiv-Biləcəri - 3:0 (25:12, 25:6, 25:16)
Azərreyl – Azəryolservis - 3:0 (25:18, 25:15, 25:22)
İqtisadçı – Bakı – 3:2 (22:25, 25:22, 25:23, 24:26, 18:16)
Turnir cədvəli: Azərreyl – 13 (20-7), Bakı - 13 (18-10), Rabitə - 12 (18-1), İqtisadçı - 11 (13-13), Lokomotiv - 9 (12-9), Azəryolservis - 9 (6-21), Lokomotiv- Biləcəri - 8 (0-24).
