12 fevral 2012 21:37
Bakı lider, Azərreyl ikinci oldu
Voleybolçu qadınlardan ibarət klublar arasında Azərbaycan çempionatında səkkizinci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, hesabat turunda üç görüş baş tutub.
Günün ilk oyununda “Azəryolservis” “İqtisadçı” ilə üz-üzə gəlib. “İqtisadçılar” çempionatımızın debütantı üzərində çətin qələbəyə seviniblər.
Daha sonra “Bakı” “Lokomotiv”lə qarşılaşıb. Bu görüşdə də paytaxtın eyni adlı klubu “dəmiryolçular” üzərində çətinliklə də olsa, qələbə qazanmağı bacarıb. Nəticədə, son çempion “Rabitə”nin istirahət etməsindən maksimum yararlanan “Bakı” liderliyə yüksəlib.
Günün son matçında isə “Lokomotiv-Biləcəri” “Azərreyl” ilə görüşüb. “Azərreyl” rəqibini darmadağın edib və ikinciliyi ələ alıb.
Voleybol
Azərbaycan çempionatı
8-ci tur
12 fevral
Azəryolservis – İqtisadçı - 1:3 (13:25, 20:25, 27:25, 17:25)
Bakı – Lokomotiv - 3:1 (20:25, 25:20, 27:25, 25:14)
Lokomotiv-Biləcəri - Azərreyl - 0:3 (15:25, 14:25, 19:25)
Turnir cədvəli: Bakı - 12 (16-7), Azərreyl – 11 (17-7), Rabitə - 10 (15-1), Lokomotiv - 9 (12-9), İqtisadçı - 9 (10-11), Azəryolservis - 8 (6-18), Lokomotiv- Biləcəri - 7 (0-21)
