10 fevral 2012 02:56
Azərbaycan çempionu Fenerbahçeyə rəqib oldu
Qadın voleybolçular arasında Avropa Çempionlar Liqasının 1/8 final mərhələsində Polşa “Atom”unu mübarizədən kənarlaşdıraraq mərhələ adlayan “Rabitə”nin növbəti rəqibi müəyyənləşib. Azerisport.az xəbər verir ki, təmsilçimiz 1/4 finalda Türkiyə klubu ilə qarşılaşacaq.
Belə ki, “rabitəçilər” 1/4 finalda “Fenerbahçe” ilə görüşəcək. Türkiyə təmsilçisi Çexiyanın “Modranska” klubunu 1/8 final mərhələsinin hər iki oyununda məğlub edərək, növbəti mərhələyə adlayıb.
Maraq üçün xatırladaq ki, artıq Azərbaycan çempionu “Fenerbahçe” ilə ÇL-in bu mövsümünün qrup mərhələsində də üz-üzə gəlmişdi.
