10 fevral 2012 01:56
Azərreyl Dinamoya rəqib oldu
Qadın voleybolçular arasında Avropa Çempionlar Liqasının 1/8 final mərhələsinin hər 2 oyununda İsveçrənin “Volero” klubunu məğlub edərək (3:1, 3:0) mərhələ adlayan “Azərreyl”in növbəti rəqibi müəyyənləşib. Azerisport.az xəbər verir ki, təmsilçimiz 1/4 finalda Rusiya klubu ilə qarşılaşacaq.
Belə ki, “dəmiryolçular” 1/4 finalda Kazan “Dinamo”su ilə görüşəcək. Rusiya klubu Almaniyanın “Dresdner” klubunu 1/8 final mərhələsinin hər iki oyununda məğlub edərək, növbəti mərhələyə adlayıb.
Artıq Rusiya təmsilçisi ilə ilk matçın hakimləri də bəllidi. Bu gərgin mübarizəni Juray Mokri (Slovakiya) və Nikola Miçevski (Makedoniya) idarə edəcəklər.
