9 fevral 2012 19:08
Rabitə qızıl setdə güldü (YENİLƏNİB)
Azərbaycanın qadın voleybolçulardan ibarət “Rabitə” klubu bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyununa çıxıb. Azerisport.az xəbər verir ki, təmsilçimiz bu mərhələdə Polşanın “Atom” komandası ilə mübarizə aparırdı.
Bu komandalar arasındakı ilk qarşılaşma rəqib meydanında keçirilmişdi. Həmin oyunda Azərbaycan çempionu çoxlarının gözləmədiyi şəkildə rəqibinə uduzmuşdu – 1:3. Cavab oyunu isə paytaxtımızda keçirilirdi. Bu üzdən də Azərbaycan çempionu növbəti mərhələyə vəsiqə qazanmaq üçün mütləq qələbə qazanmalıydı. Yalnız bu halda "qızıl set" oynanılacaqdı ki, bunu da qazanacağı halda, təmsilçimiz mərhələ adlamış olacaqdı.
Gözlənildiyi kimi, Azərbaycan çempionu bu çətin vəzifənin öhdəsindən gələ bilib və mərhələ adlayıb.
Qeyd edək ki, “Rabitə” ÇL-in qrup mərhələsində Türkiyənin “Fenerbahçe”, Almaniyanın “Dresdner” və Fransanın “Mulhouse” klublarıyla mübarizə aparırdı. Komandamız pley-offa qrup ikincisi kimi vəsiqə qazanımışdı.
Çempionlar Liqası
1/8 final (cavab oyunu)
9 fevral
Rabitə - Atom - 3:1 (21:25, 25:14, 25:20, 25:20) (qızıl set - 15:6)
