9 fevral 2012 00:02
Voleybolda yeni dünya rekordu müəyyənləşdi
Kanada yığma komandasının voleybolçusu Hevin Şmitt yeni dünya rekordu müəyyənləşdirib. Azerisport.az xəbər verir ki, Koreyanın “Samsunq Blüfengs” klubunda çıxış edən kanadalı bir matçda 58 xal toplayıb.
Kolumbiyalı Liberman Aqamesə məxsus olan əvvəlki rekord 55 xal idi. Şmitt öz rekordunu “Liq İnşurens Griters” komandasına qarşı görüşdə müəyyənləşdirib. Həmin oyunda “Samsung” yalnız tay-breykdə qələbə qazanıb (17-15). Bu matçda Şmitt 101 həmlədən 52-ni həyata keçirib, habelə 4 blok və 2 eys edib.
Bundan əvvəl Şmitt Yunanıstanın “Etnikos” və Fransanın “Araqo de Set” komandasının heyətində çıxış edi. Kanada yığmasının tərkibində 23 yaşlı voleybolçu 40 oyun keçirib.
“Samsunq Fayr Blüfengs” Koreyada ən titullu klublardan biridi: o, beş dəfə ölkə çempionu adını qazanıb, iki dəfə isə ölkə birinciliyinin finalına çıxıb.
