8 fevral 2012 22:30
Lokomotiv Vizuranı yenib, növbəti mərhələyə adladı (YENİLƏNİB)
Azərbaycanın qadın voleybolçulardan ibarət “Lokomotiv” klubu bu gün Çellenc kubokunda 1/8 final mərhələsinin cavab oyununa çıxıb. Azerisport.az xəbər verir ki, təmsilçimiz bu mərhələdə Serbiyanın “Vizura” klubu ilə mübarizə aparırdı.
Bu komandalar arasındakı ilk qarşılaşma doğma meydanda keçirilmişdi. Belə ki, Bakı İdman Sarayında baş tutan görüşdə təmsilçimiz çətinliklə də olsa, qələbəyə sevinmişdi – 3:1. “Dəmiryolçular” 1/4 finala adlamaq üçün yenə eyni uğuru təkrarlamağa borcluydular. Komandamız bu vəzifənin öhdəsindən lazımınca gəlib və mərhələ adlayıb.
Qeyd edək ki, “Lokomotiv” bu mövsüm öncə Macarıstan “Vaşaş”ı üzərində qazandığı zəfər sayəsində mərhələ adlaamışdı. Ardından isə Xorvatiya “Split”i “dəmiryolçular”ın qarşısında duruş gətirə bilməmişdi.
Çellenc kuboku
1/8 final (cavab oyunu)
8 fevral
Vizura – Lokomotiv - 0:3 (18:25, 7:25, 19:25)
