8 fevral 2012 13:30
Rusiya klubu Bakını gözləyir
Qadın voleybolçular arasında Çellenc Kuboku yarışlarında ölkəmizi təmsil edən Azərbaycanın “Bakı” klubunun potensial rəqibi müəyyənləşib. Azerisport.az xəbər verir ki, turnirin 1/4 finalında paytaxtımızın eyni adlı təmsilçisini Rusiya klubu gözləyir.
Məlum olduğu kimi, “Bakı”nı növbəti mərhələdə “Veert” (Hollandiya) - Omiçka” (Rusiya) cütünün qalibi gözləyirdi. Həmin cütün ən güclüsü isə məhz ruslar olub. Bu üzdən də “Bakı” mərhələ adlayacağı halda, “Omiçka”yla mübarizə aparmalı olacaq.
Qeyd edək ki, Çellenc kuboku yarışlarının ötən mövsümündə “Omiçka” “Lokomotiv”ə uduzmuşdu. “Bakı” isə 1/4 finala çıxmaq üçün ilk oyunda yendiyi Xorvatiya “Rijeka”sını (3:0) bu gün səfərdə də məğlub etməlidi.
