8 fevral 2012 22:40
Bakı Rijekanı yenə darmadağın edib, 1/4-ə çıxdı (YENİLƏNİB)
Azərbaycanın qadın voleybolçulardan ibarət “Bakı” klubu bu gün Çellenc kubokunda 1/8 final mərhələsinin cavab oyununa çıxıb. Azerisport.az xəbər verir ki, təmsilçimiz bu mərhələdə Xorvatiyanın “Rijeka” komandası ilə mübarizə aparırdı.
Bu komandalar arasındakı ilk qarşılaşma doğma meydanda keçirilmişdi. Təmsilçimiz həmin oyunda rəqibini darmadağın etmişdi – 3:0. Bu üzdən gözləmək olar ki, “şəhərlilər” cavab matçında da sürprizə imkan verməyəcək. Gözlənildiyi kimi, Azərbaycan klubu cavab matçında da eyni uğuru təkrarlayıb və 1/4 finala çıxıb.
Xatırladaq ki, “Bakı” bu mövsüm öncə Fransanın “Evre” klubu üzərində qazandığı zəfər sayəsində növbəti mərhələyə yüksəlmişdi. Ardından isə Kipr “Apollon”u “Bakı”nın qarşısında duruş gətirə bilməmişdi.
Çellenc kuboku
1/8 final (cavab oyunu)
8 fevral
Rijeka – Bakı - 0:3 (17:25, 21:25, 18:25)
