2 fevral 2012 20:46
Bakı xorvatları darmadağınla yol saldı (YENİLƏNİB)
Azərbaycanın qadın voleybolçulardan ibarət “Bakı” klubu bu gün Çellenc kubokunda 1/8 final mərhələsinin ilk oyununa çıxıb. Azerisport.az xəbər verir ki, təmsilçimiz bu mərhələdə Xorvatiyanın “Rijeka” komandası ilə mübarizə aparır.
İlk qarşılaşma doğma meydanda keçirilirdi. Bu komandalar arasındakı cavab oyunu isə fevralın 8-də səfərdə baş tutacaq. Bu üzdən də “şəhərlilər” cavab görüşü öncəsi inamlı qələbə qazanmağa borcluydular. Gözlənildiyi kimi, təmsilçimiz bu vəzifənin öhdəsindən gəlməyi bacarıb. Belə ki, "Bakı" rəqibini ilk görüşdə darmadağın edib.
Qeyd edək ki, təmsilçimiz bu mövsüm öncə Fransanın “Evre” klubu üzərində qazandığı zəfər sayəsində 1/16 finala yüksəlmişdi. Ardından isə Kipr “Apollon”u “Bakı”nın qarşısında duruş gətirə bilməmişdi.
Çellenc kuboku
1/8 final (ilk oyun)
2 fevral
Bakı – Rijeka - 3:0 (25:14, 25:15, 25:21)
