1 fevral 2012 17:24

Rabitə daha bir mükafat qazandı

31 yanvar 2011-ci il tarixində UĞUR-2011 mükafatlandırma mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, olduqca yüksək səviyyədə təşkil olunan turnirdə 2011-ci ildə müxtəlif idman növlərində böyük uğurlara imza atmış laureatlar öz mükafatlarına qovuşub.
 
Milli Olimpiya Komitəsi və Gənclər və İdman Nazirliyinin "İlin Komandası" kimi təltif etdiyi "Rabitə" bu tədbirdə də eyni mükafata layiq görülüb. İlk dəfə tarixində Avropa Çempionlar liqasında iştirak etmiş və elə debüt ilindəcə bu turnirin Finalına yüksələrək gümüş medallara sahib olan "Rabitə" voleybol komandası elə həmin ildəcə Qətərdə təşkil olunan Klublararası Dünya Çempionatında qızıl medallara yiyələnməklə adını Azərbaycan İdmanına qızıl hərflərlə yazdırdı.
 İlin son turniri - kiçik Dünya Çempionatı kimi dəyərləndirilən ənənəvi Top Volley turnirində də rəqiblərini bir nəfəsə məğlub edən Rabitə turnirin baş mükafatına sahib olmaqla bərabər həm də uğurlarının təsadüfi olmadığını bir daha sübut etdi.
 
Bütün bu uğurlara əvəzsiz töfhə vermiş klub prezidenti Cəlil Cəfərova UĞUR-2011 mükafatı çərçivəsində "İlin Komandası" mükafatı təqdim edildi. Klubun prezidenti isə öz növbəsində bu mükafatdan qürur duyduğunu və komandamızın gələcəkdə də zirvədə qalması üçün əlindən gələni edəcəyini söylədi.

Похожие новости

Voleybol 28 noyabr

İtaliyalı məşqçi yığmamızdan imtina etdi

Avropa Çempionatına hazırlaşan qadın voleybolçularından ibarət olan milli komandamız baş məşqçi postuna italyan Marsello Abbondanzaya təklif göndərib.
Voleybol 18 noyabr

Voleybol üzrə AÇ-nin Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradıldı

Prezident İlham Əliyev voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinin 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.
Voleybol 12 oktyabr

Cavid Qurbanov Voleybol Federasiyasının yeni prezidenti seçildi

Bu gün Milli Olimpiya Komitəsində Voleybol federasiyasına yeni prezidentin seçilməsi ilə bağlı iclas keçirilib.
Voleybol 19 sentyabr

Azərreylin yeni baş məşqçisi müəyyənləşdi

"Azərreyl"i yenidən yerli mütəxəssis çalışdıracaq.
Voleybol 07 sentyabr

Millimiz Boris Yeltsinin xatirə turnirindən imtina etdi

Qadınlardan ibarət voleybol yığmamız böyük ehtimalla Yekaterinburqda keçiriləcək Boris Yeltsinin xatirə turnirinə qatılmayacaq
Voleybol 29 avqust

Azərbaycan çempionatı sual altında

Voleybol üzrə ölkə çempionatının 2016/17 mövsümündə neçə klubun iştirak edəcəyi hələ də bilinmir.
Voleybol 03 iyul

Azərbaycan millisi Avropa Liqasının qalibi oldu

Bu gün Bakı İdman Sarayında qadın voleybolçular arasında Avroliqanın cavab final görüşü keçirilib.
Voleybol 01 iyul

“Azərbaycan yığmasının uzun müddət belə konsentrasiyalı oynadığını görməmişdim"

Yığmamıza Nitrada 1:3 uduzan Slovakiyanın baş məşqçisi Marek Royko oyundan sonra fikirlərini açıqlayıb.
Voleybol 01 iyul

Polina Rəhimov millimizin ən məhsuldar oyunçusu oldu

Polina Rəhimova yığmamızın Slovakiya üzərində qazandığı 3:1 hesablı qələbənin ən məhsuldar oyunçusu olub