2 fevral 2012 01:09
Azərreyl Voleronu səfərdə yendi (YENİLƏNİB)
Azərbaycanın qadın voleybolçulardan ibarət “Azərreyl” klubu bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyununa çıxıb. Azerisport.az xəbər verir ki, təmsilçimiz bu mərhələdə İsveçrənin “Volero” komandası ilə mübarizə aparır.
İlk qarşılaşma rəqib meydanında keçirilib. Cavab görüşü isə fevralın 8-də (saat 18:00) Bakı İdman Sarayında baş tutacaq. Bu üzdən də Azərbaycan klubu cavab görüşü öncəsi sərfəli nəticə qazanmağa borcluydu. Təmsilçimiz bu vəzifənin öhdəsindən layiqincə gəlib.
Qeyd edək ki, “Azərreyl” ÇL-in qrup mərhələsində Türkiyənin “Vakıfbank”, İtaliyanın “Bergamo” və Rumıniyanın “Constanta” klublarıyla mübarizə aparırdı. Komandamız pley-offa qrup ikincisi kimi vəsiqə qazanıb.
Çempionlar Liqası
1/8 final (ilk oyun)
1 fevral
Volero - Azərreyl – 1:3 (19:25, 25:22, 24:26, 16:25)
