2 fevral 2012 01:41
Rabitə Atom ilə bacarmadı (YENİLƏNİB)
Azərbaycanın qadın voleybolçulardan ibarət “Rabitə” klubu bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyununa çıxıb. Azerisport.az xəbər verir ki, təmsilçimiz bu mərhələdə Polşanın “Atom” komandası ilə mübarizə aparır.
İlk qarşılaşma rəqib meydanında keçirilirdi. Cavab oyunu isə fevralın 9-da paytaxtımızda keçiriləcək. Bu üzdən də Azərbaycan çempionu cavab görüşü öncəsi sərfəli nəticə qazanmağa borcluydu. Lakin çox təəssüf ki, görüşə yaxşı başlamasına rəğmən, sonrakı setlərdə uduzan "rabitəçilər" sensasion yenilgidən yaxa qurtara bilməyiblər.
Qeyd edək ki, “Rabitə” ÇL-in qrup mərhələsində Türkiyənin “Fenerbahçe”, Almaniyanın “Dresdner” və Fransanın “Mulhouse” klublarıyla mübarizə aparırdı. Komandamız pley-offa qrup ikincisi kimi vəsiqə qazanıb.
Çempionlar Liqası
1/8 final (ilk oyun)
1 fevral
Atom - Rabitə - 3:1 (22:25, 25:22, 25:20, 26:24)
