1 fevral 2012 19:44
Lokomotiv Vizuranı məğlub etdi (YENİLƏNİB)
Azərbaycanın qadın voleybolçulardan ibarət “Lokomotiv” klubu bu gün Çellenc kubokunda 1/8 final mərhələsinin ilk oyununa çıxıb. Azerisport.az xəbər verir ki, təmsilçimiz bu mərhələdə Serbiyanın “Vizura” klubu ilə mübarizə aparır.
İlk qarşılaşma doğma meydanda keçirilib. Belə ki, Bakı İdman Sarayında baş tutan görüşdə təmsilçimiz çətin qələbəyə sevinib.
Bu komandalar arasındakı cavab oyunu isə fevralın 8-də səfərdə keçirəcək və 21:00-da start götürəcək. Bu üzdən də “dəmiryolçular”ın cavab görüşündə işi çətin ola bilər.
Qeyd edək ki, təmsilçimiz bu mövsüm öncə Macarıstan “Vaşaş”ı üzərində qazandığı zəfər sayəsində 1/16 finala yüksəlmişdi. Ardından isə Xorvatiya “Split”i “dəmiryolçular”ın qarşısında duruş gətirə bilməmişdi.
Çellenc kuboku
1/8 final (ilk oyun)
1 fevral
Lokomotiv - Vizura - 3:1 (25:20, 25:18, 22:25, 25:18)
