26 yanvar 2012 18:11

Klublarımızın avrokubok oyunlarının təqvimi açıqlandı

Azərbaycanın voleybol klublarının avrokuboklardakı oyunlarının təqvimi müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası rəsmi məlumat yayıb.
 
Məlumatda bildirilir ki, Çempionlar Liqasının 1/8 final mərhələsində mübarizə aparan “Azərreyl” voleybol klubu 1 fevral 2012-ci ildə səfərdə İsveçrənin “Volero Bergamo” komandası ilə görüşəcək. Görüş Bakı vaxtı ilə saat 23:15 də başlayacaq. Cavab görüşü isə 8 fevralda 18:00-da Bakı İdman Sarayında keçiriləcək.
 
Çempionlar Liqasının daha bir iştirakçısı olan “Rabitə” klubu da mübarizəni davam etdirir. Komandamız 1 fevral 2012-ci il tarixində səfərdə Polşanın “Atom Trefl Sopot” komandasına qarşı saat 23:30 da oynayacaq. Cavab görüşü isə 9 fevralda paytaxtımızda keçiriləcək.
 
“Lokomotiv” və “Bakı” klubları da “Çağırış Kuboku” uğrunda mübarizəni davam etdirir.   “Lokomotiv” klubu 1 fevral 2012-ci il tarixində paytaxtımızda Serbiyanın “Vizura Beograd” komandasını qəbul edəcək. Görüş 18:00-da Bakı İdman Sarayında keçiriləcək. Cavab oyunu isə səfərdə 8 fevral 21:00 keçirəcək.
 
“Bakı” klubu isə 1/8 final mərhələsində Xorvatiyanın “Zok Rijeka” komandası ilə qarşılaşacaq. İlk görüşünü komandamız paytaxtımızda 2 fevral 19:30 da keçirəcək. Cavab görüşü isə 8 fevral tarixində səfərdə baş tutacaq.
 

Похожие новости

Voleybol 28 noyabr

İtaliyalı məşqçi yığmamızdan imtina etdi

Avropa Çempionatına hazırlaşan qadın voleybolçularından ibarət olan milli komandamız baş məşqçi postuna italyan Marsello Abbondanzaya təklif göndərib.
Voleybol 18 noyabr

Voleybol üzrə AÇ-nin Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradıldı

Prezident İlham Əliyev voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinin 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.
Voleybol 12 oktyabr

Cavid Qurbanov Voleybol Federasiyasının yeni prezidenti seçildi

Bu gün Milli Olimpiya Komitəsində Voleybol federasiyasına yeni prezidentin seçilməsi ilə bağlı iclas keçirilib.
Voleybol 19 sentyabr

Azərreylin yeni baş məşqçisi müəyyənləşdi

"Azərreyl"i yenidən yerli mütəxəssis çalışdıracaq.
Voleybol 07 sentyabr

Millimiz Boris Yeltsinin xatirə turnirindən imtina etdi

Qadınlardan ibarət voleybol yığmamız böyük ehtimalla Yekaterinburqda keçiriləcək Boris Yeltsinin xatirə turnirinə qatılmayacaq
Voleybol 29 avqust

Azərbaycan çempionatı sual altında

Voleybol üzrə ölkə çempionatının 2016/17 mövsümündə neçə klubun iştirak edəcəyi hələ də bilinmir.
Voleybol 03 iyul

Azərbaycan millisi Avropa Liqasının qalibi oldu

Bu gün Bakı İdman Sarayında qadın voleybolçular arasında Avroliqanın cavab final görüşü keçirilib.
Voleybol 01 iyul

“Azərbaycan yığmasının uzun müddət belə konsentrasiyalı oynadığını görməmişdim"

Yığmamıza Nitrada 1:3 uduzan Slovakiyanın baş məşqçisi Marek Royko oyundan sonra fikirlərini açıqlayıb.
Voleybol 01 iyul

Polina Rəhimov millimizin ən məhsuldar oyunçusu oldu

Polina Rəhimova yığmamızın Slovakiya üzərində qazandığı 3:1 hesablı qələbənin ən məhsuldar oyunçusu olub