25 yanvar 2012 21:15
Rabitə Azərreyli də məğlun edib, lider oldu
Voleybolçu qadınlardan ibarət klublar arasında Azərbaycan çempionatında yeddinci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, hesabat turunda üç görüş baş tutub.
Günün ilk oyununda “Lokomotiv-Biləcəri” ilə “İqtisadçı” üz-üzə gəlib. “İqtisadçılar” çempionatımızın debütantı üzərində inamlı qələbəyə sevinib.
Daha sonra “Azəryolservis” “Lokomotiv”lə qarşılaşıb. Bu görüşdə də “dəmiryolçular” 3 setdə ardıcıl qələbə qazanaraq, növbəti zəfərini gerçəkləşdirib.
Günün son matçında isə son ölkə çempionu “Rabitə” ölkəmizin digər aparıcı klubu “Azərreyl” ilə görüşüb. Azərbaycan derbisində də darmadağın qeydə alınıb. “Rabitəçilər” bu dəfə də rəqibinə aman verməyiblər.
Voleybol
Azərbaycan çempionatı
7-ci tur
25 yanvar
Lokomotiv-Biləcəri - İqtisadçı - 0:3 (11:25, 20:25, 17:25)
Azəryolservis - Lokomotiv - 0:3 (18:25, 22:25, 11:25)
Rabitə - Azərreyl - 3:0 (25:14, 25:21, 25:20)
Turnir cədvəli: Rabitə - 10 (15-1), Bakı - 10 (13-6), Azərreyl – 9 (12-7), Lokomotiv - 8 (11-6), İqtisadçı - 7 (7-10), Azəryolservis - 7 (5-15), Lokomotiv- Biləcəri - 6 (0-18).
